Mühasibatlıq və insan resursları sahəsində nəşrləri ilə seçilən mks.az saytının yeni "Kargüzarlıq: A-dan Z-yə" kitabı işıq üzü görüb. Kitab praktiki kargüzarlıq sahəsində ölkəmizdə ilk nəşr omaqla, müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Nəşrdə müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.
Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manatdır, istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə etmək mümkündür. Sifariş üçün əlaqə vasitələri: (012) 564 86 85, (050) 368 12 72, [email protected].
Yeni praktiki nəşr satışda: “Kargüzarlıq A-dan Z-yə”
14:00
19 Dek 2018