İyunun 6-dan etibarən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsillə bağlı müraciətlərin qəbuluna başlanılacaq və 20 gün davam edəcək.
Eləcə də bax: Xaricdə təhsil almağa göndərilən gənclər belə seçiləcək – YENİ QƏRAR, QAYDALAR
FED.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib.
O qeyd edib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bu il həm bakalavr, həm də magistratura səviyyəsi üzrə 400 tələbənin xaricdə təhsilinin maliyyələşdirilməsi imkanı yaradılacaq. (Trend)