Təhsil naziri Emin Əmrullayev xaricdə təhsillə bağlı yeni dövlət proqramına uyğun olaraq xaricdə təhsil alacaq tələbələrin işlə təmin olunması məsələsinə münasibət bildirib.
Eləcə də bax: Xaricdə təhsil üçün üstünlük veriləcək sahələr açıqlanıb - SİYAHI
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Sərəncamı ilə bağlı bu gün keçirdiyi brifinqdə danışıb.
Nazir qeyd edib ki, müasir ali təhsil müəssisələri iş axtaran yox, iş yaradan hazırlayırlar: “Bu proqramlar ehtiyaca uyğun göndərilir deyə, geri qayıdanda iş tapma problemi olmayacaq”.
Təhsil naziri əlavə edib ki, həmin tələbələr Azərbaycana gələndə onlar üçün işləyib öz karyeralarını inkişaf etdirməkdə böyük imkanlar olacaq.