"Əvvəlki proqramı bitirən gənclərin böyük əksəriyyəti ölkəyə geri qayıdıb, bir çoxları da rəhbər vəzifələrində çalışırlar".
Eləcə də bax: Gənclərin xaricdə təhsil almalarına dair Dövlət Proqramı - TƏSDİQ EDİLİB
FED.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, budəfəki gənclərin də geri qayıtması üçün bütün addımlar atılacaq: "Məntiqlə ən nüfuzlu ali təhsil müəssisələrini bitirən şəxslərin əmək bazarında iş tapmağında problemlər olmamalıdır. Odur ki, onların işlə təminat məsələsinin həlli istiqamətində proqram hazırlanacaq". (Report)