“X-XI siniflərin dərslərinin məktəbdə əyani formada bərpası pandemiyanın gedişatından asılı olaraq mümkündür. Təbii ki, biz hamının məktəbə getməsini istəyirik”.
Eləcə də bax: İki məktəbin 13 müəllimində COVID-19 aşkarlandı, təhsil ocaqları - Bağlandı
FED.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, Novruz bayramından sonra rəqəmlərə baxılacaq, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləmək lazımdır: “Odur ki, sosial şəbəkələrdə və ya hansısa saytlarda şayiə xarakterli fikirlərə inanmayıb. Rəsmi verilən qərarlarla həyatınızı planlaşdırın”. (Report)