“Məktəblər valideynlərdən COVID-19 pasportu tələb etmir”.
FED.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərkən deyib.
O bildirib ki, valideynləri peyvənd olunmayan şagirdlərin dərsə buraxılmaması ilə bağlı qərar yoxdur: “Amma valideyn məktəb binasına daxil olursa, onun COVID-19 pasportu təqdim etməsi arzuolunandır”.