Bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin sayı əvvəlki illərinə müqayisədə kəskin şəkildə artıb.
Maksimal nəticə göstərən abituriyentlər - BANM-i SEÇİRLƏR
FED.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.
O qeyd edib ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlərin sayı 115.000 nəfərdən çoxdur, bu da əvvəlki illərlə müqayisədə kifayət qədər çoxdur.
"Həmçinin bu il diqqəti cəlb edən bir rəqəm, təkcə mart ayının 3-də keçirilən və 52.000-dən çox şagirdin iştirak elədiyi imtihanda 14 nəfər şagirdin onlara təqdim edilmiş bütün test tapışıqlarına doğru cavab verərək maksimum 300 balı toplamasıdır. Bu, əvvəlki illərlə müqayisədə kifayət qədər yüksək bir göstəricidir. Belə ki, keçən il bu imtahanda yalnız bir şagird 297 bal toplamışdı. Təbii ki, bu, müəllim valideyn, abituriyyətlərdə belə bir fikir yaradıb ki, bu il ali təhsil müəssisələrinə qəbul balları ciddi şəkildə artacaq.
Qeyd edim ki, belə bir gözlənti və belə bir proqnoz yoxdur. Bunu əsaslandıran bir neçə səbəb var. Birincisi, yalnız 3 martda keçirilən imtahanın nəticələri açıqlanıb. Hələ ki, bütün imtahanların nəticələri açıqlanmayıb. İkincisi, bu il universitetlərə qəbul plan yeri kəskin şəkildə artacaq. Yəni, bu il bal toplayanların sayında, yüksək bal toplayanların sayında artımın olması heç də keçid ballarının artmasına təkan verməyəcək", - deyə o vurğulayıb. (Trend)