FED.Az Qərb bürosunun verdiyi məlumata görə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə müsabiqə elan edir.
Aylıq maaş :- 800 azn.
Vəzifə öhdəlikləri :
-Universitetin Beynəlxalq əlaqələr üzrə strategiyasının işlənilməsi ;
-Beynəlxalq proqram və lahiyələrdə universitetin iştirakının genişləndirilməsi ;
-Əməkdaşlığın üstün istiqamətlərinin hazırlanması və həyata keçirilməsi ;
-Əcnəbi tələbələrin cəlb edilməsi , müəllim və tələbələrin mübadiləsinin genişləndirrlməsi ;
-Beynəlxalq səviyyəli tədbirlərdə universitetin təmsil olunması;
-İkili diplom proqramları və startap lahiyələrinin reallaşdırılması;
-Fondrayzinq və lahiyə menecmentinin təşkili .
Əsas tələblər:
-Ünsiyyətçilik, operativlik , kollektivdə işləmək bacarığı , təşkilatçılıq , təşəbbüskarlıq keyfiyyətləri ;
-Müvafiq sahə üzrə ən azı Magistr dərəcəsi və iş təcrübəsi (beynəlxalq təşkilatlarda, diplomatik korpuslarda çalışmış namizədlərə üstünlük veriləcəkdir);
-Xarici dillərdə ən azı ikisini (İngilis və rus dillərini) mükəmməl bilməsi və kompyuter bilikləri
Göstərilən tələblərə cavab verən verən namizədlər öz tərcümeyi hallarını (CV-lərini) mövzu yerinə “BƏŞ Müdir” yazmaqla [email protected] ve [email protected] elektron ünvanlarına göndərə bilərlər.
Müraciət üçün son tarix : 22 yanvar 2019 cu il.
Ünvan : Atatürk prospekti 450 Gəncə şəhəri .
Tel Faks +994222565733
Universitet yüksək maaşla işçi axtarır
15:30
7 Yan 2019