Təhsil və elm

Universitet müəllimlərinin maaşları - CANLI YAYIMDA AÇIQLANACAQ – İLK DƏFƏ 

Universitet müəllimlərinin maaşları - CANLI YAYIMDA AÇIQLANACAQ – İLK DƏFƏ  | FED.az
09:45 16 İyul 2019
Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirməsinin 2018/2019-cu tədris ili üzrə nəticələri canlı yayımda açıqlanacaq. Bu barədə FED.az-a universitetdən bildirilib. 
Eləcə də bax:Türkiyədə təhsil alanların xərcini Agentlik ödəyəcək - YENİLİK

UNEC-də tətbiq edilən Differensial Əmək Haqqı Sisteminin əsasını təşkil edən Professor-müəllim Heyətinin Xidməti Fəaliyyətinin Qiymətləndirilməsinin 2018/2019-cu tədris ili üzrə nəticələri yekunlaşıb. 

17 iyul 2019-cu il saat 15:00-da qeyd edilən nəticələr UNEC-in rəsmi Facebook səhifəsindən canlı yayımla ictimaiyyətə təqdim ediləcək. Ötən tədris ilində Differensial Əmək Haqqı Sistemi çərçivəsində UNEC-də professor-müəllim heyətinin, kafedra və fakültələrin reytinq siyahılarının, elm və tədris fəaliyyətləri üzrə əldə olunan başlıca nailiyyətlərin açıqlanacağı təqdimatda reytinq siyahıları ilə bağlı izləyiciləri maraqlandıran suallar da cavablandırılacaq. 
Sualları canlı yayım vaxtı Facebook (https://www.facebook.com/uneceduaz/) üzərindən göndərmək olar. 

 

Digər xəbərlər