Dövlət büdcəsindən təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır.
Müəllimlərin orta aylıq əməkhaqqı - 830 MANATA ÇATACAQ - RƏSMİ
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zaman deputat Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, sertifikasiya imtahanlarında uğur qazanan məktəblərdə çalışan müəllimlərin əməkhaqqı təxminən 1000 manat ətrafındadır.
“Lakin universitetlərdə çalışan müəllimlərin əməkhaqqısı 600-700 manat, bəzilərində isə daha aşağıdır. Təbii ki, belə olanda balans pozulur. Elmi müəsisələrdə çalışanların da əməkhaqqısının artırılmasına da baxılmalıdır. Həmçinin universitetlərin maddi-texniki bazası da gücləndirilməlidir. universitetlərlə əməkhaqqı artımı məsələsini deyəndə bildirirlər ki, təhsil haqqı əsasında bu işlər həll olunur. Ona görə də bu yanaşmaya yenidən baxılmalı və sistem dəyişilməlidir”, - deyə deputat əlavə edib. (Trend)