Təhsil və elm

UNEC rektoru abituriyent və valideynlərin suallarını cavablandıracaq - FED.AZ-IN CANLI YAYIMI

UNEC rektoru abituriyent və valideynlərin suallarını cavablandıracaq - FED.AZ-IN CANLI YAYIMI | FED.az
15:49 3 İyun 2019
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Facebook sosial şəbəkəsində canlı yayımla qoşulacaq.

FED.az saytının dəstəyi ilə təşkil olunan canlı yayımda rektor Ədalət Muradov abituriyentlərin, magistraturaya qəbul olmaq istəyənlərin, eləcə də onların valideynlərinin UNEC-dəki təhsil imkanları, ixtisaslar, beynəlxalq və ikili diplom proqramları,  xüsusi təqaüdlər, təhsil haqları  və digər mövzularda suallarını cavablandıracaq.

Canlı yayım iyunun 11-də saat 11:00-da Fed.az (https://www.facebook.com/fedaznews/) sosial şəbəkəsi üzərindən təşkil olunacaq.

UNEC barədə sualları [email protected] elektron ünvanına göndərə bilərsiniz.  

Digər xəbərlər

Banner