Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) aparılan elmi tədqiqatların kommersiyalaşdırılması istiqamətində son vaxtlar həyata keçirilən işlər özəl şirkətlərdə, xüsusilə istehsal sahələrində ciddi maraq doğurur. Bununla bağlı UNEC və “Carlsberg Azerbaijan” MMC arasında görüş olub.
Görüşdə universitetin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru Zahid Məmmədov, “Carlsberg Azerbaijan” şirkətinin Baş direktoru Vyaçeslav Maltsev və Korporativ ünsiyyətlər üzrə rəhbər Lalə Əfəndi iştirak ediblər.
Eləcə də bax: UNEC İsrail Universitetlərilə - ƏMƏKDAŞLIĞA BAŞLAYIR
FED.az universitetdən "AZƏRTAC"-a verilən məlumata istinadən xəbər verir ki, görüşdə tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər, UNEC-in dövlət strukturları və biznes nümayəndələri arasında davamlı dialoq platformasının yaranmasında rolundan söz açıblar. Əməkdaşlığın ilkin addımı olaraq qısa zamanda ölkədə vergi siyasətinin sahibkarlığa təsirinə həsr olunan elmi-praktik seminarın keçirilməsi qərara alınıb.
Xatırladaq ki, “Carlsberg Azerbaijan” ölkənin ən böyük pivə istehsalçısı və “Carlsberg Group”un bir hissəsidir.