Banner

Təhsil və elm

UNEC-də yeni ixtisaslar - YARADILIB

UNEC-də yeni ixtisaslar - YARADILIB | FED.az
11:46 9 İyun 2020

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb.

Eləcə də bax: Azərbaycanda universitet tələbələrinə - İMTAHANDA GÜZƏŞT EDİB

UNEC-dən FED.az-a verilən xəbərə görə, I qrup üzrə texniki və texnoloji ixtisaslarda 8 yeni ixtisas yaradılıb: “Kommunikasiya sistemləri mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Elektrik və elektronika   mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Kompüter elmləri”. Ümumilikdə isə I ixtisas qrupuna 10 ixtisas qrupu üzrə qəbul aparılacaq.

Qeyd edək ki, texniki və texnoloji ixtisaslar UNEC-də yeni yaradılan “Rəqəmsal iqtisadiyyat” və “Mühəndis iqtisadiyyatı” fakültələrində tədris olunacaq.

II ixtisas qrupunda isə “Beynəlxalq ticarət və logistika” ixtisası yeni açılıb. Bu ixtisasda tədris 4 dildə (azərbaycan, türk, rus, ingilis) olacaq. II ixtisas qrupu üzrə UNEC-də ümumilikdə 9 ixtisas üzrə qəbul aparılacaq.

2020/2021-ci tədris ilindən III ixtisas qrupu üzrə də UNEC-də qəbul aparılacaq. Abituriyentlər “Sosial iş” ixtisası üzrə UNEC-də təhsil ala biləcəklər.

Beləliklə UNEC-də I-V ixtisas qrupları üzrə qəbul həyata keçiriləcək.

Digər xəbərlər

Banner