Təhsil və elm

UNEC beynəlxalq reytinqdə Azərbaycanda - LİDER OLUB 

UNEC beynəlxalq reytinqdə Azərbaycanda - LİDER OLUB  | FED.az
10:48 9 Avqust 2019

UniRank reytinq agentliyinin avqust ayında açıqladığı reytinq sıralamasında UNEC Azərbaycanda lider olub.

Həmçinin reytinq agentliyi tərəfindən hazırlanan “Asiyanın 200 ən yaxşı universiteti” sıralamasında UNEC 192-ci yerdə qərarlaşıb.

UniRank reytinq agentliyinin  dünya sıralamasında 788-ci yerdə qərarlaşan UNEC mövqeyinə görə Türkiyənin Atatürk Universiteti, Çinin University of Shanghai for Science and Technology, Koreyanın Chung-Ang University və bir çox Asiya və Avropa universitetlərini qabaqlayıb.

UniRank haqqında:  Reytinq dünya üzrə 13600 universitet və kolleci əhatə edir.

Reytinq 4 veb mənbədən alınan 5 müstəqil veb ölçmələrə əsaslanan alqoritm üzrə aparılır. uniRank-in ölçü komponentlərini Moz Domain Authority, Alexa Global Rank, SimilarWeb Global Rank, Majestic Reffering Domains və Majestic Trust Flow təşkil edir.

 

Digər xəbərlər