Banner

Təhsil və elm

UNEC beynəlxalq reytinqdə liderdir - REYTİNQ

UNEC beynəlxalq reytinqdə liderdir - REYTİNQ | FED.az
14:11 14 Fev 2021

Avstraliyada yerləşən UniRank reytinq təşkilatı 2021-ci il üçün dünya universitetlərinin reytinqini açıqlayıb.

UniRank reytinq təşkilatının 200-dən artıq ölkədə rəsmi qeydiyyatdan keçmiş 13800-dən çox ali təhsil müəssisəsinin analizi nəticəsində aparılan reytinq sıralamasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetlərinin reytinqində 366-cı yerdə qərarlaşıb.

Bu barədə FED.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, UniRank agentliyinin regional reytinqi olan “Asiyanın 200 ən yaxşı universiteti” sıralamasında Azərbaycandan düşən yeganə universitet olan UNEC regionun 36-cı ən yaxşı universiteti seçilib.

Banner

Digər xəbərlər