UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi nüfuzlu beynəlxalq akkreditasiya qazanıb.
UNEC-dən APA-ya bildirilib ki, məktəbin Mühasibat Uçotu ixtisası ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) tərəfindən tam akkreditasiya alıb. Fakültənin Mühasibat Uçoyu ixtisası fənləri, imtahan prosedurları və imtahan sualları ən yüksək beynəlxalq tələblərə uyğun olaması təstiqlənərək tələbələrə ACCA imtahanlarından azadolmalar təqdim edilib. Belə ki, tələbələr fakültədə fənləri oxuyub, müvafiq sənədləri təqdim edərək ACCA kvalifikasiyalarını da əldə edəcəklər.
ACCA(The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) - dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Assosiyasiyada 170 ölkədən 404 000 tələbə və 140 000 üzv qeydiyyatdadır.