Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrə Əkrəm İmamoğlunun həbsinə görə keçirilən kütləvi aksiyalara qoşulmamaqla bağlı müraciət edib.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Müşavirliyin sosial şəbəkə hesabında paylaşım olunub.
“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!”, – müraciətdə qeyd olunub.