Banner

Təhsil və elm

Türkiyə universitetlərinin – QİYMƏTLƏRİ VƏ QEYDİYYAT TARİXİ

Türkiyə universitetlərinin – QİYMƏTLƏRİ VƏ QEYDİYYAT TARİXİ | FED.az
16:12 5 Yan 2018
Təhsilini daha prestijli universitetlərdə davam etdirmək istəyənlər ölkə xaricinə üz tuturlar. Məlum olduğu kimi, təhsil üçün müraciət olunan ən məşhur ölkə isə Türkiyədir. Və bu universitetlərə qeydiyyat tarixinə sayılı günlər qalıb.

Türkiyə universitetlərinin qiymətləri və qeydiyyat tarixi barədə FED.az-a Türkiyədə fəaliyyət göstərən “EDU forİS” xaricdə təhsil şirkətinin qurucusu Rəşad Zeynallı məlumat verdi. Bildirdi ki, Türkiyədəki dövlət universitetlərində illik təhsil haqqı 250-450 dollar, özəl universitetlərdə isə 3000-10 min dollar arası dəyişir. Bu qiymət aralığı ixtisaslara görə fərqlənir.
Türkiyənin ən məşhur universitetlərinə qeydiyyat müddətini təqdim edirik:

  • İstanbul Universiteti – 25.12.2017-11.01.2018 (İllik 420 dollar)
  • İstanbul Teknik Universiteti – 20.11.17-15.01.18 (İllik 420 dollar)
  • Bahçeşehir Universiteti – 30.10.2017-27.01.2018 (İllik 4500-8000 dollar)
  • Kocaeli Universiteti – 10.01.2018-16.01.2018 (İllik 530 dollar)
  • Ankara Universiteti – 15.01.2018-22.01.2018 (İllik 350-450 dollar)
  • Selçuk Universiteti – 8.01.2018-12.01.2018 (İllik 200 dollar)
  • Hacettepe Universiteti – 15.01.2018-19.01.2018 (İllik 350-450 dollar)
  • Akdeniz Universiteti – 02.01.2018-11.01.2018 (İllik 200 dollar)
R.Zeynallı deyir ki, 2016-2017-ci il statistikasına görə, Türkiyənin həm dövlət, həm də özəl universitetlərində bakalavr proqramlarında 2579, magistratura proqramlarında 613, doktorantura proqramında isə 67 tələbə təhsil alır.

Ümumilikdə isə Türkiyənin həm dövlət, həm özəl universitetlərində Azərbaycanlı tələbə sayı 14 min 878 nəfərdir. Suriyalı tələbələr isə Türkiyədə təhsil alan xarici ölkə vətəndaşları sırasında tələbə sayına görə birinci yerdədir. 3-cü yerdə isə Türkmənistanlı tələbələrdir.
Rəşad Zeynallının sözlərinə görə, xaricdə təhsil imkanları təklif edən bu şirkəti qurarkən Azərbaycanda bu işlə məşğul olan şirkət və fərdi şəxslərin sayının kifayət qədər olduğunu nəzərə alaraq tələbələrin ən çox narahatlıq yaşadıqları nüansları araşdırıblar. Onun sözlərinə görə, gənclərin ən çox şikayətləndikləri nüanslar xidmət haqqı olaraq tələb olunan məbləğin həddindən artıq yüksək olması, sektorda peşəkar kadrların azlığı ve buna görə də keyfiyyətli xidmət standartlarının olmaması istiqamətindədir. Buna görə də, “EDU forİS” gənclərin Amerika və Avropa başda olmaqla dünya ölkələrinin aparıcı universitetlərində təhsil alması istiqamətində maarifləndirir, beynəlxalq təhsil sərgisi və tədbirlərlərinin təşkilatçılığını həyata keçirir, xaricdə təhsil seminarlarını, dil-kompyüter kurslarını və yay məktəblərini təşkil edir, gənclərin xaricdə təhsil lahiyələrini maaliləşdirmək, eyni zamanda şəhid ailələrin övladlarının ölkə xaricində təhsil alması üçün özəl imkanlar yaradır.

Müraciət etmək istəyənlər bu facebook səhifəsindən ətraflı məlumat ala bilərlər: https://www.facebook.com/eduforis1/

Digər xəbərlər

Banner