Türkiyə-Azərbaycan Universitetinin kampusu üçün Bakının ən məşhur tarixi binalarından biri ayrılıb.
Qarabağ universitetində tələbələr ödənişli, yoxsa ödənişsiz təhsil alacaq? – TƏFƏRRÜATLAR - VİDEO
FED.az xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Erol Özvar “Milliyet” qəzetinə müsahibəsində bildirib.
O əmindir ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması dünya ali təhsilində mühüm mərhələlərdən biri olacaq: “Əgər təhsil müəssisəsinin fəaliyyəti yaxşı şəkildə təşkil olunar və düzgün idarə edilərsə, qısa müddətdə bir çox ölkədə ona bənzər unuvesitetlərin yaradılacağı təəccüb doğurmaz”.
E.Özvar əlavə edib ki, bu istiqamətdə zəruri addımlar atılacaq: “Hər iki ölkə, həm də prezidentlərimiz bu məsələdə hər cür dəstəyi vermək əzmindədirlər”.
O, yeni yaradılan universitetin Türkiyə-Yaponiya, Türkiyə-Almaniya, Qalatasaray, Əhməd Yəsəvi və Manas universitetləri kimi oxşar beynəlxalq layihələrdən fərqli olduğunu xüsusi ilə vurğulayıb:
“Layihəyə maraq o qədər güclüdür ki, bura hansı universitetləri daxil edəcəyimizi seçməkdə çətinlik çəkəcəyik. Bu cür modelləri həmişə başqalarından görürüb, təqlid edirdik, indi özümüzün belə modelləri mövcuddur. Anadolu liseyləri kimi bənzərsiz bir model yaratmışıq və onu sona qədər qorumalıyıq”.
Qeyd edək ki, fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar. (Report)