Tunis Respublikasının Tunis şəhərində İSESKO-ya üzv ölkələrin Təhsil Nazirlərinin Birinci Konfransı keçirilir. Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESKO-nun 12-ci Baş konfransının Prezidenti qismində iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən Fed.az-a verilən məlumata görə, tədbirin açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Mədəni, İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, Tunisin təhsil naziri və 12-ci İSESKO Baş konfransının Prezidenti, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təhsilin və mədəniyyətin islam ölkələri arasında əməkdaşlığa və həmrəyliyə töhfələri barədə çıxış etmişlər.
Əbülfəs Qarayev Azərbaycanla İSESKO arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini qeyd etmiş, bu əməkdaşlığın əsas istiqamətlərində biri olan təhsilin gələcək perspektivləri və İslam Dünyasındakı rolundan bəhs etmişdir.
Səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı, İSESKO-nun rəhbərləri və üzv ölkələrin nazirləri ilə rəsmi görüşlərin keçirilməsi də nəzər tutulur.
Konfrans iki gün davam edəcək.
Tunisdə İSESKO-ya üzv ölkələrin Təhsil Nazirlərinin Birinci Konfransı keçirilir
18:06
27 Okt 2016