Toyota Motor şirkəti ilk robotunu düzəldib. Robotun satış qiyməti 400 dollardır. Bu haqda şirkətin rəsmi internet səhifəsində məlumat verilib.
Şirkət təmsilçisinin sözlərinə görə, müəlliflər robotun hazırlanması üçün 2 il vaxt sərf ediblər. Şirkət öz məhsulunu ictimaiyyətə təqdim etməyə hazır olduğunu bildirib. Hələki Tokio müəssisələri robotları məhdud sayda istahsal edəcək. Toyota Motorun bu məhsulunun əsas xüsusiyyətləri mikrofon, kamera və məlumat ötürücülərini özündə birləşdirməsidir. Robotu smartfon və ya digər qadjetlərdən idarə etmək mümkündür.
Gələcəkdə bu robotların Avropa ərazisində də satışının təşkil olunması nəzərdə tutulur, amma hazırda sözügedən yerdə müştəri bazasının olmadığı bildirilir.
Toyota şirkəti 400 dollarlıq robot hazırlayıb
16:44
3 Okt 2016