Tovuz rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova tutduğu vəzifədən azad edilib. FED.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, V.Hüseynova işində yol verdiyi kobud nöqsanlara görə töhmət alaraq işdən azad edilib. 54 yaşlı V. Hüseynova 2012-ci ildən bu vəzidədə çalışıdı. Hazırda Tovuz rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb. Bu vəzifə müvəqqəti olaraq Məhəbbət Hüseynovaya həvalə olunub.
Tovuz rayon Təhsil Şöbəsinin müdiri - VƏZİFƏSİNDƏN AZAD EDİLİB
11:16
7 Okt 2019