Əmlak Məsələləri Dövlət Xidməti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda müxtəlif şəhər və rayonlarda yerləşən özəlləşdirilməsi və ya icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin qiymətləndirilməsi nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 2000015631
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 139
Müsabiqənin başlama tarixi və vaxtı: 02.08.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 22.08.2023 09:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 30.08.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 31.08.2023 09:30
Ödəniş şərtləri - Köçürmə yolu ilə
Çatdırılma yeri - Respublikanın müxtəlif şəhər və rayonları
Çatdırılma müddəti - 1 il
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının son 1 (bir) ildəki fəaliyyəti (əgər daha az fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İxtisas göstəriciləri:
Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumatlar
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Kənan Əskərov, Böyük məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu: 012 311-01-60 / 1457
Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsi və ya icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinə baxış keçirilməsi, ərazi üzrə monitorinqlərin təşkil edilməsi və real bazar dəyərinə uyğun qiymətləndirilməsi - 1000 ədəd