Müasir zamanda insanların xarici universitetlərdə təhsil almaq istəkləri günü – günüdən artır. Belə ki, artıq Azərbaycanda bir çox insanlar orta məktəbi bakalavr dərəcəsini, magistr dərəcəsini xaricdə oxumağa üstünlük verirlər. Xarici universitetlərdə təhsil almaq üçün əsas və vacib şərtlərdən biri TOEFL imtahanıdır.
Dünyanın istənilən universiteti xaricdən tələbə qəbul edərkən bu imtahanları tələbə edir. Amma bir neçə universitet var ki, istisna hal kimi ilk öncə bu imtahanlar olmadan da tələbə qəbul edirlər. Lakin tələbə həmin universitetdə oxuyarkən bu imtahanı verməlidir.
TOEFL nədir?
TOEFL (Test of English as a Foreign Language) İngilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahandır. TOEFL imtahanını dünyanın 100 – dən artıq ölkəsində vermək mümkündür. Mənbələrdə qeyd edilir ki, hər il təxminən bir milyondan artıq insan TOEFL imtahanı verir.
Bu imtahan dünyanın demək olar ki, bütün universitetləri tərəfindən qəbul olunur. TOEFL – un özünəməxsus xüsusiyyətlərindən biri onun internet vasitəsilə verilməsidir. Belə imtahan forması IBT (İnternet based TOEFL) adlanır. Amma TOEFL imtahanını yazılı şəkildə də vermək olar. Bu internetin olmadığı yerlərdə təşkil olunur. Bu imtahan forması isə PBT (Paper based TOEFL) adlanır.
TOEFL IBT imtahanı dörd hissədən ibarətdir: Reading (oxumaq), Listening (qulaq asmaq), Speaking (danışıq), Writing (yazı).
Reading hissəsində mətnlər verilir və mətnə aid suallara cavab vermək lazımdır. Listening hissədə isə müxtəlif dialoqlar, şəkillər verilir . Speaking və Writing hissələrində isə müvafiq olaraq danışıq yazı səviyyələri yoxlanılır.
Kimlər bu imtahanı verə bilər?
Bu imtahanda istənilən İngilis dili biliyinə güvənən şəxslər iştirak edə bilər. Belə ki, imtahanda uğur qazanmaq üçün ən azı İngilis dilindən intermediate səviyyədə bilmək lazımdır. Lakin ümumilikdə bu imtahana girmək üçün yaş məhdudiyyəti yoxdur.