Təhsil və elm

Təqaüdlərin artırılması 110 min tələbəyə aid olacaq

Təqaüdlərin artırılması 110 min tələbəyə aid olacaq | FED.az
17:49 14 Fev 2019

"Prezident İlham Əliyevin tələbələrin təqaüdünün artırılmnası ilə bağlı sərəncamı 110 minə yaxın tələbəyə şamil olunacaq".

FED.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. 

O qeyd edib ki, Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı müvafiq sərəncam 110 minə yaxın təhsilalanın sosial müdafiəsini gücləndirəcək: "Dövlət büdcəsinin vəsaiti hesabına 2019- cu ilin martın 1- dən təqaüdlər orta hesabla 20% -ə yaxın artacaq".

Eləcə də bax: Prezident tələbə təqaüdlərini artırdı - MƏBLƏĞLƏR

Digər xəbərlər