Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr ikinci yarımil tədris ili üçün ödədiyi vəsaitin geri qaytarılıb-qaytarılmaması haqda danışıb:
FED.az xəbər verir ki, nazir tələbələrə əlavə dərslər keçiriləcəyini bildirib:
"75 faiz tələbə onlayn tədrisə cəlb olunub. Bunu məqbul hesab etmirlərsə, onlara əlavə imkanlar təqdim ediləcək. Onlara əlavə dərslər keçirilə bilər. Bununla da kifayətlənmzəsə, tələbələr növbəti tədris ilində eyni fənn üzrə götürdükləri tədrisə görə təhsil haqqı ödəməyəcəklər".
Qafqazinfo