“2021-2022-ci tədris ilində təhsil tələbə krediti ilə bağlı 10 597 müraciət olub. Həmin müraciətlərdən 7 962-si yekunlaşdırılıb, 2 635-si natamam hesab olunub”.
FED.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin müddətdə 1147 tələbənin müraciətinə imtina verilib:
"Gender bölgüsünə gəlincə, kredit alan 6 815 tələbədən 3 786-sı qadın, 3 029-u isə kişi olub. Ali təhsilin bakalavr pilləsi üzrə 5795, magistr üzrə 849 nəfərə təhsil krediti verib. Həmin müddətdə kreditlər üçün ümumilikdə 5 991 947,67 manat vəsait xərclənib. Ən çox Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Gəncə Dövlət Universitetinin tələbələri kredit alıb". (Apa)