Əcnəbi tələbələr hər il Böyük Britaniya iqtisadiyyatına 20 milyard funt sterlinq dəyərində xeyir verirlər.
FED.az xəbər verir ki, Britaniya Ali Təhsil Siyasəti Institutunun məlumatına görə, bu amil xüsusilə ölkənin bölgələrində yerli iqtisadiyyatın dirçəlməsinə böyük kömək göstərir. Təkcə London şəhəri hər il xarici tələbələrdən 4,6 milyard funt sterlinq xeyir götürür.
Ölkədəki beyin mərkəzlərinin təhlillərinə görə, “Brexit”dən sonra immiqrasiya siyasətinin dəyişməsi xarici tələbələrin qəbuluna təsir etməməlidir. Tələbələr illik ödənişlərdən əlavə, təhsil aldıqları müddətdə yaşayış xərcləri ilə də xidmət sahələrinin dirçəlməsinə böyük kömək göstərmiş olurlar.
Hazırda elə şirkətlər var ki, sırf xarici tələbələr hesabına gəlir əldə edirlər. “Brexit”dən sonra xarici tələbələrin qəbulu azaldılarsa, həmin şirkətlər iflasa uğraya bilər.