“Koronavirus infeksiyasıyla bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq”.
Eləcə də bax: Azərbaycanda məktəblər bağlandı - RƏSMİ
FED.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasına hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək”.
Nazir müavini həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələylə bağlı qərar veriləcək:
“Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bu günkü tarixə kimi müddətin uzadılmasıyla bağlı fikirlər mövcud deyil”.
Qafqazinfo