Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.
Ali məktəblərdə illik təhsil xərclərinin yeni məbləğləri müəyyənləşib - YENİ QƏRAR, TAM SİYAHI
Təhsil Tələbə Krediti Fondundan FED.az-a verilən məlumata görə, tələbə krediti üçün ümumilikdə 54065 nəfər müraciət edilib.
Onlardan 41268 nəfərə kredit verilib. 14231 nəfərə sosial, 27037 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.
Bildirilib ki, müraciətlərin 917-si natamam olub, 10267 müraciətə isə imtina verilib.