"Bu gündən təhsil tələbə krediti sistemini açıq elan edirik".
Eləcə də bax: Təhsil krediti alacaq tələbələrin sayı - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev bildirib.
Təhsil tələbə kreditinin hansı müddətə verildiyi açıqlanıb. Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bu müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır:
“Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbəyə 12-19 il ola bilər. Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Tələbənin gələcəkdə krediti qaytarmaması halı olarsa, məhkəmə ilə geri alınacaq. Akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilməyəcək. Çünki tələbə kreditinə müraciət vaxtı son semestr üçün olan nəticələrə baxılır”.
Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunacaqdır.
Nazir müavini bildirib ki, kreditə görə faizlər müvafiq qaydada hesablanır: “Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır. Belə ki, sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:
-Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 71 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır.
-Təhsilin normativ müddətində bütün tədris semestrlərində ümumi ortalama qiyməti (ÜOMG) 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalanın təhsilin normativ müddətində aldığı TTK-nın 50 faizi hissəsinin ödənişinin azad olunur”.
Standart TTK üzrə isə aşağıdakı güzəştlər tətbiq edilir:
“ÜOMG-si 91 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faizlər hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestr müddətində ÜOMG-si 91 bal və yuxarı olan borcalan təhsilin normativ müddətində aldığı TTK-nın 25 faizi hissəsinin ödənişindən azad olunur”.
Azərbaycanda təhsil alan əcnəbilərə tələbə krediti verilməyəcək.
Nazir müavininin sözlərinə görə, xarici ölkələrdə təhsil kreditinin yaşayış, nəqliyyat və digər xərclər üçün xərclənməsi təcrübəsi var: “Gələcəkdə bu halların bizim sistemdə də istifadəsi mümkün ola bilər. Həm özəl, həm də dövlət ali məktəblərində təhsil alan tələbələr təhsil tələbə kreditindən istifadə edə bilərlər. Bir şərt var ki, tələbə əyani təhsil almalıdır. Ancaq Azərbaycanda təhsil alan əcnəbilər, eyni zamanda xaricdə təhsil alan Azərbaycan vətəndaşları bu kreditdən yararlana bilməz. Krediti yalnız Azərbaycan ali təhsil müəssisələrində təhsil alan vətəndaşlarımız ala bilər".
Təhsil tələbə kreditindən hansı tələbələrin yararlanacağı açıqlanıb
“Təhsil tələbə krediti bir çox insanın təhsil almaq imkanını artırır. Digər məqsəd sosial çətinliklərin aradan qaldırılmasıdır".
Bunu Təhsil Tələbə Krediti ilə bağlı keçirilən tədbirdə Təhsil nazirinin müavini İdris İsayev
O qeyd edib ki, təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Kredit hər semestr üzrə veriləcək. Akademik borcu olanlar bundan yararlana bilməyəcək. TTK sığortalanır, banklar vasitəsilə manatla veriləcək. Kredit sistemi Azərbaycan vətəndaşlarına verilir. Bakalavr, magistratura, orta ixtisas, peşə təhsili, rezidentura səviyyələrində təhsil alanlar bu kreditdən istifadə edə biləcək".
Nazir müavini bildirib ki, bakalavriat səviyyəsi üçün 300-700 bal, magistratura səviyyəsi üçün 50-100 bal, subbakalvriat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər: “Azərbaycanda təhsil haqqı təhsil səviyyələrindən asılı olaraq 400-10000 manat aralığında dəyişir. Aktuar hesablamaların nəticəsi nəzərə alınaraq, TTK Fondunun himayəçilik Şurası Nazirlər Kabineti ilə razılaşdıraraq təhsil tələbə kreditləri üzrə faizləri təsdiq edib. Bu faizlər sosial təhsil tələbə krediti üzrə illik 2 faiz, standart təhsil tələbə krediti üzrə isə 6 faizdir”.
Tələbə kreditinin qaytarılmasında kimlərə möhlətin veriləcəyi məlum olub
“Təhsil tələbə krediti uzunmüddətlidir. Təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır”, təhsil nazirinin müavini İdris İsayev bildirib.
Onun sözlərinə görə, təhsil dövründən sonra iki illik möhlət verilir ki, həmin tələbə əmək bazarına keçid etsin. Bəzi hallarda təhsil tələbə kreditinin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır.
Bunlar aşağıdakılardır:
-Yuxarı təhsil səviyyəsində əyani təhsil
- həqiqi hərbi xidmət,
- məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması),
- işləyən borcalanın hamiləliyə, doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluğu olan müddəti”.
Kreditin sığortalanan halları təhsil krediti götürən tələbənin ölümü və əmək qabiliyyətinin tam, yaxud qismən itirilməsi zamanı olur.