Azərbaycanda təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 208 nəfərdir.
Eləcə də bax: Nazir tələbə təhsil kreditlərinin verilməsindəki problemlərdən - DANIŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, həmin tələbələrdən 40 465 nəfəri bakalavr, 5 426 nəfəri magistr, 10 318 nəfəri isə subbakalavrdır: "56 208 tələbədən 16 800-ü sosial, 39 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir".
Sədr qeyd edib ki, əyani formada ödənişli təhsil alan tələbələrin 13.8 %-nin (20 200) təhsil haqqını dövlət ödəyir və onların kredit almaq üçün müraciət etməyinə ehtiyac yoxdur: "Həmin tələbələr həssas qrupa aid olanlardır".