Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağı ilə bağlı məlumatlara münasibət bildirib.
Eləcə də bax: Operativ Qərargahdan məktəblərlə bağlı - Açıqlama
FED.az xəbər verir ki, nazirlikdən bildirilib ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır.
“Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir.