Təhsil tələbə krediti almaq üçün son tarix açıqlanıb.
Eləcə də bax: Təhsil krediti alacaq tələbələrin sayı - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, təhsil nazirinin müavini İdris İsayev bildirib ki, növbəti semestr başlayana, yəni, fevralın 16-na qədər tələbələr bu semestr üçün təhsil tələbə krediti almaq üçün müraciət edə bilərlər.
Nazir müavini eyni zamanda qeyd edib ki, təhsil tələbə krediti verilərkən hər hansı başqa şərt nəzərə alınmır: “Yəni tələbənin özünün və ya valideynlərinin hər hansı kredit borcu varsa, bu zaman bunlar nəzərə alınmır və məhdudiyyət qoyulmur. Problemli kredit təhsil krediti almaq üçün maneə yaratmır”.