Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.
Eləcə də bax: Prezidentin İşlər müdiri vəzifəsindən azad edilib - SƏRƏNCAM
FED.az xəbər verir ki, məlumata görə, bununla bağlı müvafiq səməd imzalanıb.
Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, daha əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi. 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. (Report)