Avqustun 29-da təhsil naziri Mikayıl Cabbarov Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Göygöl, Samux, Daşkəsən, Goranboy rayon, Naftalan və Gəncə şəhər sakinlərini qəbul edir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər.
Qəbulda vətəndaşların müraciəti dinlənilir, əksər məsələlər yerindəcə həllini tapır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır.