Təhsil Naziri Ceyhun Bayramov orta məktəblərdə dərslərin iki həftəlik dayandırılması ilə bağlı Baş Nazir Əli Əsədova müraciət edib.
Eləcə də bax: Nazirlikdən koronavirusa görə təhsilin dayandırılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə məlumatda deyilir ki, koronavirus xəstəliyi ilə bağlı yaranmış vəziyyət məktəblərdə şagirdlərin davamiyyətinə təsir edib. Nazirliyin ölkə üzrə apardığı araşdırma göstərib ki, virusla bağlı yaranmış kütləvi narahatlıq üzündən dərslərə gəlməyən şagirdlərin sayı artmaq üzrədir.
Bununla bağlı Təhsil Naziri məktəblərdə dərslərin 15 günlük dayandırılması ilə bağlı hökumətə müraciət edib. Tədris planında yaranacaq boşluğu doldurmaq üçün iyun ayında dərs müddətini iki həftə uzatmaq təklif olunur.
Baş Nazir Əli Əsədov təkilfə baxıb qərar verməlidir.
Azpost