Azərbaycanda təhsil kreditlərinin illik faiz dərəcəsinin 6%-dən 3%-ə endirilməsi təklif edilir.
Eləcə də bax: Nazir tələbə təhsil kreditlərinin verilməsindəki problemlərdən - DANIŞIB
FED.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında deyib.
“Hazırda qayda elədir ki, təhsil krediti almaq üçün minimum 300 bal toplanmalıdır. Bu da ciddi məhdudiyyətdir. Bunu da aradan qaldırmaq lazımdır. Çünki abituriyent 300-dən çox bal yığsaydı, dövlət sifarişi əsasında oxumalı idi”, - o vurğulayıb. (Report)