“Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondundan təxminən 40 min və ya bir az daha çox bakalavr və magistr tələbəsinin kredit alması nəzərdə tutulur”.
Eləcə də bax: Təhsil Tələbə Krediti Fondu yaradılır - FƏRMAN
FED.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, qaydaların yenə də hansı qrupdan olan tələbələri əhatə etməsi bəlli olacaq: “Aidiyyəti qurumlarla ilkin müzakirələrdə həmçinin təhsil müddətində əldə etdikləri yüksək nəticələri (ÜOMG) olan tələbələrə kreditlərin faiz hissəsində güzəşt edilməsi də planlaşdırılır”. (Report)