Azərbaycan Təhsil İnstitutu karantin dövründə özəl məktəblər, peşə məktəbləri və ali təhsil müəssisələrində tədris prosesinin necə təşkil olunması haqda təkliflər irəli sürüb.
Eləcə də bax: “Şagirdlər həftədə 2 dəfə dərsə gəlsin” - TƏHSİL İNSİTİTUTU
FED.az xəbər verir ki, İnstitut təklif edir ki, “Sarı” zonalarda özəl ümumi təhsil müəssisələrində uşaqların qidalanması və digər tədbirlərin həyata keçirilməsinə icazə verilə bilər. “Narıncı” zonalarda uyğunlaşdırılmış tədris planına uyğun tədrisin təşkilinə icazə verilsə də, qidalanma, dərsdənkənar fəaliyyət və digər fəaliyyət növlərinə icazə verilməsi məqsədəuyğun hesab edilmir.
Peşə təhsili Tədris məzmunu məsafədən (Virtual Məktəb və teledərslər vasitəsilə) çatdırılması, bacarıq və təcrübələrin formalaşmasını tələb edən məşğələlər müvafiq şərtlərə əməl edilməklə, ənənəvi formada təhsil müəssisələrində baş tutması tövsiyə edilir.
Ali və orta ixtisas təhsili alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesi bu təhsil pilləsində məsafədən təhsil formasında davam etdirilməsi təklif olunur. Məsafədən təhsil formasına dair tədris vəsaitləri və resurslar mövcud proqramlara uyğun olaraq hazırlanması tövsiyə edilir.
Qeyd edəki ki, zonaların "sarı" və ya "narıncı" olması virusun yayılmasının sayına görə epidemioloji vəziyyətə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təyin edilir.
"qafqazinfo"