Təhsil Tələbə Krediti (TTK) üzrə borcalanın sığortalanması şərtləri açıqlanıb.
Eləcə də bax: Tələbə Təhsil Kreditinin qaytarılması qaydası - Açıqlanıb
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb. Qərara əsasən, TTK götürən tələbə aşağıdakı hallardan sığortalanır:
-ölüm;
-əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik).
TTK-nin sığortalanması kredit müqaviləsi rəsmiləşdirilən zaman həyata keçirilir. Sığorta müddəti kredit müqaviləsinin müddətinə bərabər olmalıdır. Yəni tələbə kredit götürəndə kridit müqaviləsi ilə yanaşı, həyat sığortası müqaviləsi də bağlanır.
Sığorta müqaviləsini kredit alan tələbə və sığorta şirkəti imzalayır. Sığorta haqqı kredit müqaviləsinə uyğun hesablanır və kreditin məbləğinə əlavə olunaraq sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada ödənilir.
Təhsil haqq krediti götürən tələbə sığortalananda faydalanan şəxs qismində müvəkkil bank müəyyən edilir. Yəni bu dövrdə tələbənin başına bir iş gəlsə və o krediti ödəyə bilməsə, sığorta şirkəti həmin vəsaiti banka qaytaracaq.
Sığorta müqaviləsinin bağlanılması anında sığorta məbləği kredit məbləğinə bərabər müəyyən edilir.
Sığorta müqaviləsi üzrə işlərin aparılması xərcləri (vasitəçilərə verilən komisyon muzdlar da daxil olmaqla) müqavilə üzrə hesablanmış sığorta haqqının 15 faizindən çox ola bilməz.