Azərbaycanlı tələbələrin xaricdə dövlət hesabına təhsil almasını nəzərdə tutan «aricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulunun vaxtı uzadılıb.
FED.az xəbər verir ki, bu barədə Təhsil nazirliyinin açıqlamasında bildirildir.
Məlumata görə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbulunun müddəti 14 iyul 2023-cü il tarixinədək uzadılıb.
Bununla da cari müraciətlər sırasında qəbul sənədi və digər məsələlər üzrə çatışmazlıqları olan namizədlərə sözügedən halları aradan qaldıraraq müraciətlərini tamamlamaları üçün imkan yaradılır.
Müvafiq elan mətni ilə keçiddən tanış olmaq mümkündür.
Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.