Banner

Təhsil və elm

Tanınmış təhsil mərkəzi EDUCON “YAY Məktəbi” proqramına start verdi  

Tanınmış təhsil mərkəzi EDUCON “YAY Məktəbi” proqramına start verdi
  | FED.az
12:51 24 İyun 2019
Azərbaycanın tanınmış təhsil mərkəzlərindən olan EDUCON (Education and Consulting Center) bu gündən etibarən “YAY Məktəbi” (“Summer School” proqramına start verib.

FED.az xəbər verir ki, EDUCON təhsil mərkəzi tərəfindən “YAY Məktəbi” dövrü ərzində uşaqların səmərəli istirahəti üçün onların dünyagörüşünün artırılması, interaktiv təhsili, sağlam qidalanması və fərdi inkişafının təmin edilməsi istiqamətində yüksək keyfiyyətli xidmətlər göstəriləcək.
“YAY Mətkəbi”nə Azərbaycanın tanınmış və ən öncül universitetlərinin müəllimləri də cəlb olunub.
Proqram çərçivəsində peşəkar müəllimlər tərəfindən ingilis və rus dili dərsləri, gəzintilər, ekskursiyalar, şou proqramlar, şahmat, rəsm, piano və master klaslarlar təşkil olunacaq.

EDUCON təhsil mərkəzi uşaqların sağlamlığını nəzərə alaraq onlar üçün idman dərsləri də nəzərdə tutub. Belə ki, proqrama qatılan uşaqlar səhər idmanı etməklə yanaşı, gimnastika, basketbol, futbol və dzü-do kimi idman növləri ilə məçğul olacaqlar.   
İyul ayının 19-dək davam edəcək proqramda uşaqlar gün ərzində 3 dəfə yüksək keyfiyyətli qidalanma ilə də təmin olunurlar.

Qeyd edək ki, EDUCON təhsil mərkəzi 2015-ci ildən fəaliyyət göstərir. Mərkəz həmçinin konsaltinq xidmətləri də göstərir. Bu xidmətlərə ali məktəb seçimi, təhsil investisiyaları, təhsil-karyera planlaması, xaricdə təhsil istiqamətləri üzrə araşdırma və konsaltinq xidmətlərinin göstərilməsi, intellektual oyunlar və digər tədbirlərin təşkili daxildir. 

 

Digər xəbərlər

Banner