Dekabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Hult Prize” yarışı ilə bağlı infosessiya keçiriləcək.
UNEC-dən FED.az-a bildirilib ki, “Hult Prize” bütün dünyada gəncləri sosial sahibkarlıq vasitəsilə planetin ən aktual problemlərini həll etməyə çağırır. Yarış bir neçə mərhələdən ibarətdir və ən son mərhələdə qalib olan 1 milyon ABŞ dolları qazanmaq imkanı əldə edəcək. “Hult Prize” yarışının ilk mərhələsi “OnCampus”dur. Universitet daxilində ən yaxşı ideyaya sahib olan qalib digər mərhələlər üçün xarici ölkələrə göndərilir. Yarış hər il bir mövzu üzrə təşkil edilir.