SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzində “SOCAR-POLYMER” MMC şirkətinin əməkdaşları üçün yekun buraxılış imtahanları keçirilmişdir.
2016-cı ildə TTSİ və “SOCAR-POLYMER” MMC şirkəti arasında “Kadr hazırlığı haqqında” bağlanmış müqaviləyə əsasən TTSİ-nin 3 təlim mərkəzində (Kadr hazırlığının təşkili mərkəzi, Sumqayıt Təlim, Tədris Mərkəzi və Qobustan Regional Təlim Mərkəzi) 3 və 6 aylıq, eləcə də 1 illik kurslarda “SOCAR-POLYMER” MMC şirkətinin əməkdaşlarının 5 ixtisas üzrə hazırlanması nəzərdə tutulmuşdur.
STTM-də “Aparatçı”, “Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər” və “Elektrik montyoru” peşələri üzrə ümumilikdə 33 nəfərin hazırlanması başa çatdırılmışdır. İmtahanlarda iştirak edən TTSİ-nin rəisi Fuad Süleymanov yekun imtahanların tam obyektiv və şəffaf keçirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırmış və gənclərə gələcək karyeralarında müvəffəqiyyətlər arzulamışdır.
TTSİ və “SOCAR-POLYMER” MMC şirkətinin mütəxəssislərinin iştirakı ilə keçirilən imtahanlar zamanı STTM-də təhsil almış 33 nəfər gənc imtahan komissiyası qarşısında öz bilik və bacarıqlarını nümayiş etdirmişlər. İmtahan nəticələri dinləyicilərin hazırlığının çox yüksək səviyyədə olduğunu göstərmişdir.
"SOCAR Polymer" əməkdaşları üçün buraxılış imtahanları keçirilib

14:59
17 Aprel 2017