Banner

Təhsil və elm

SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlanıb

SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlanıb | FED.az
15:10 21 Fev 2017

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Daxili Təqaüd Proqramına sənəd qəbulu başlanıb.

Şirkətdən verilən məlumata görə, qeydiyyat üçün son tarix martın 7-sidir.

Müsabiqə 2016-2017-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin II, III və IV kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir.

Digər xəbərlər

Banner