"Silk Way" aviaşirkəti hökumət strukturlarından Bakıda xüsusi tədris mərkəzinin tikintisi üçün icazə alıb.
FED.az xəbər verir ki,qeyri-yaşayış tikililərin həyata keçirilməsinə icazə reyestrinə əsasən, məktəb Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi ilə Aşıq Molla Cümə küçəsinin kəsişməsində tikiləcək. Bu məqsədlə 0,42 hektar torpaq sahəsi ayrılıb.
“Silk Way” Şirkətlər Qrupu Azərbaycanda aviasiya sahəsi ilə əlaqədar biznesləri əlaqələndirmək məqsədilə 2006-cı ildə yaradılmışdır. Bu gün “Silk Way” Şirkətlər Qrupuna 3000-dən çox yüksək ixtisaslı mütəxəssisin işlədiyi 23 şirkət daxildir.
Contact