3 Oktyabr 2019-cu il, saat 09:00-daBakı şəhərində İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Şərikli Biznes” mövzusunda sahibkarlar, şərikli biznesə maraq göstərənlər, gənc təşəbbüskarlar üçün ödənişsiz treyninq keçirəcəkdir.
FED.az xəbər verir ki, tədbiri keçirməkdə məqsəd, ölkəmizdə əhalinin sahibkarlığa meylinin günü-gündən artdığı, təşəbbüskarların maliyyə resurslarına çıxışının genişləndirilməsinin zərurətə çevrildiyibir şəraitdə sahibkarlarda biznesə ortaq maliyyə cəlb etmək bacarığını formalaşdırmaqdır.
Treyninqi İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev aparacaqdır.
Treyninqdəşəxsi biznesin qurulmasına maraq, biznesdə birgə fəaliyyət, birgə biznesi uğursuzluğa aparan səbəblər, şəriklər arasındakı konfliktin “qiyməti”, dağılmış birgə biznesdən mənəvi-psixoloji qurtulma yolları, uğurlu ortaqlığın təminatı,ortaqlar arasında anlaşma sənədinin hazırlanması (Təsis müqaviləsi, ortaqlıq müqaviləsi, birgə fəaliyyət haqqında müqavilə və s.), birgə biznesin formaları, bacarığa görə ortaqlıq modelləri (əmək-sərmayə ortaqlığı, davamlı ortaqlıq), korporativ idarəetmə prinsiplərinin tətbiqi, şərikli biznesdə vergi öhdəlikləri kimi məsələlər haqqında geniş danışılacaqdır.
Tədbirdə iştirak müsabiqə yolu ilə həyata keçiriləcəkdir. Bunun üçün https://forms.gle/Z3YU5vA7t1b586fb9 linkə daxil olaraq ərizə formasını doğru şəkildə doldurmaq lazımdır.
Ərizə qəbulunun son tarixi: 22 Sentyabr 2019-cu il, saat 19:00
Treyninqdə iştirak hüququ əldə edənlərin elanı: 26.09.2019
Əlavə məlumat üçün: 012 432-71-75; 051 340-39-13