Azərbaycanın tanınmış təhsil şirkətlərindən olan «Hədəf Şirkətlər Qrupu» şəhid və qazi övladlarına böyük güzəştlər elan edib.
FED.az xəbər verir ki, Vətən müharibəsində iştirak edib, ölkəmizə qələbə sevinci yaşadan şəhidlərin əziz xatirəsini və qazilərin adını uca tutmaq və onlara ən yüksək dəyəri verildiyini bəyan edərək minnətdarlıq bildirmək məqsədi ilə həm «Hədəf» kursları, həm də «Hədəf liseyində onların övladları üçün endirimlər açıqlanıb. Belə ki,
«Hədəf» Kurslarında:
A) Şəhid övladlarına 100% güzəşt;
B) Qazi övladlarına 50% güzəşt;
Hədəf Liseyində:
A) Şəhid övladlarına 60% güzəşt;
B) Qazi övladlarına 30% güzəşt ediləcək.
Bu prinsip bütün sınaq imtahanlarına da şamil ediləcək.
Bundan başqa, Hədəf Şirkətlər Qrupuna məxsus bütün şirkətlərdə işə qəbul prosesində şəhid ailələrinə və qazilərə üstünlük veriləcək.
Hədəf Kurslarının şagirdi və müəllimi olmuş şəhidlərimizin adı əbədiləşdiriləcək, həmin filiallarda xüsusi otaqlardan biri onların adı ilə adlandırılıb, stendi hazırlanacaq.
Kitabevim.az mağazalarında isə şəhid övladları üçün bütün kitab və ofis malları maya qiymətinə satılacaq. Bu qaydalar, şirkətdə hazırda təhsil alan şəxslərə də şamil ediləcək.