Azərbaycanda sosial statusu malik şəxslər üçün pulsuz mühasibat kursu fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, 2019-cı ilin iyun ayında talassemiyalı, 3 qrup əlil gənc tərəfindən təsis olunan «Perfect Rate Consulting» MMC öz vədlərinə əməl etmək də davam edir.
Eləcə də bax: Əlilliyi olan şəxslər üçün - VERGİ GÜZƏŞTİ
Bu il fevralın 1-dən etibarən şirkət daha bir sosial layihəsini həyata keçirməyə başlayıb.
Sosial statusa malik ailələri əhatə edən bu layihədə şəhid övladları,valideyn himayəsindən məhrum olan gənclər, əlilliyi olan tələbələr dəvət edilib.
Layihənin əsas mahiyyəti şirkətin fəaliyyət sahəsinə uyğun olaraq Mühasibat Uçotu üzrə təlimini tamamilə ödənişsiz həyata keçirilməsidir.
Layihəyə 7 nəfər gənc qoşulub və təlimlər başlayıb. Təxminən 5 həftə davam edən təlimlərdə tələbələrə Mühasibat Uçotunun əsas prinsipləri və uçot qaydaları öyrədiləcək. Təlimi uğurla bitirən şəxslər sertfikatlarla təmin olunacaq. Təlimlər müəssisədə təlimçi kimi fəaliyyət göstərən Pənahəliyev Rauf tərəfindən keçirilir.